“Keşlə”nin əvəzinə Van Dammın “Qanlı idman”ı

23 İyul 2021 19:20 Hadisə 1 111
“Keşlə”nin əvəzinə Van Dammın “Qanlı idman”ı

Konfrans Liqasının ikinci mərhələsinin “Soçi” – “Keşlə” (Azərbaycan) oyunu Rusiyada heç bir ümummilli kanal vasitəsi ilə canlı yayımlanmayıb.

Sportinfio.az xəbər verir ki, bu haqda “Sport-ekpress” qəzeti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 19.00-da başlanan oyunun əvəzinə “Matç TV” kanalı Jan-Klod Van Dammın “Qanlı idman” filmini nümayiş etdirib.

Digər idman kanallarından “Futbol-1”, “Futbol-2” və “Futbol -3”də isə keçmiş beynəlxalq oyunların videoyazısı göstərilib. Oyuna yalnız “Matç TV” və “Sportbox”un saytında baxmaq mümkün olub.

Kanalların belə mövqeyi rus azarkeşlərin narazılığına səbəb olub. Telekanalın əməkdaşı Georgi Çerdanstev isə sosial şəbəkədı yazıb ki, bu məsələyə dair iradları “Soçi” klubuna ünvanlanmalıdır.

"Soçi" - "Keşlə" matçı rusların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız