"Sabah" finalı 9:0 uddu, Qazaxıstanda çempionluq qazandı

22 İyun 02:10 Sabah 810
"Sabah" finalı 9:0 uddu, Qazaxıstanda çempionluq qazandı

Qazaxıstanın Konayev şəhərində keçirilən "Qonaev City Cup" beynəlxalq futbol turnirinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Sabah"ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli "Ceyran" komandasını böyük hesabla məğlub edib - 9:0.

İlqar Mənsimovun baş məşqçisi olduğu komanda final oyununda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.

Yarımfinal

Ceyran - Sabah 0:9

Qollar: Əli Hacıyev (4), Murad Məmmədzadə (4), Həsən Məhmədov.

Final

Sabah - OSDYŞ Konayev 9:0

Qollar: Murad Məmmədov (4), Həsən Ramazanov, Ülvi Əlizadə (2), Həsən Məhmədov, Oruc Nəcəfli.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!