UEFA Bakıda nə edəcək?

19 İyun 2021 16:20 Hadisə 957
UEFA Bakıda nə edəcək?

UEFA Avropa çempionatının A qrupunun İtaliya - Uels və İsveçrə - Türkiyə oyunlarından öncə maraqlı aksiya təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu matçların oynanılacağı "Olimpiko" və Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı hazırladığı videonu nümayiş etdirəcək.

Həmçinin qaçqın uşaqlardan ibarət komanda İtaliya Futbol Federasiyasının təşəbbüsü ilə Romadakı qarşılaşmada UEFA-nın qonağı olacaq.

İyunun 20-də keçiriləcək oyunlar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il