Azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək

8 May 2021 16:50 Hadisə 601
Azad edilən ərazilərdə daha 6 hərbi hissə istifadəyə veriləcək

“Ərazi bütövlüyümüz təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb”.

Sportinfo.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

Onun sözlərinə görə, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görülür:

“Son iki ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb. May ayının sonunadək daha altı yeni hərbi hissənin təmir-tikintisi yekunlaşacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi