Elxan Məmmədov səfirlə hansı məsələləri müzakirə etdi?

22 Aprel 2021 18:00 Hadisə 478
Elxan Məmmədov səfirlə hansı məsələləri müzakirə etdi?

AFFA-nın icraçı vitse-prezident Elxan Məmmədov milli assosiasiyanın inzibati binasında İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, görüşdə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına İsveçrə millisinin, o cümlədən isveçrəli azarkeşlərin gəlişi ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.

AVRO-2020-nin A qrupunda İsveçrə yığması Bakı Olimpiya Stadionunda iyunun 12-də Uels, iyunun 20-də isə Türkiyə millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti