"Milan" millimizin hücumçusunun oğlunu almaq istəyir

6 Aprel 22:40 Hadisə 989
"Milan" millimizin hücumçusunun oğlunu almaq istəyir

Gürcüstan millisinin və "Rubin"in futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı hücumameylli yarımmüdafiəçinin agenti yaxın günlərdə Milana gedərək, şəhərin eyniadlı klubunun rəsmiləri ilə danışıqlar aparacaq.

İstedadlı oyunçu ilə "Yuventus" və "Napoli" də maraqlanır. Amma "Milan" onu transfer etməkdə daha israrlıdır. İtaliya klubları ilə yanaşı, Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund) komandaları da vingeri yaxından izləyir.

Bu mövsüm "Rubin"in heyətində 20 oyun keçirmiş Xviça Kvaratsxeliya 3 qol vurub, 8 məhsuldar ötürmə edib.

Gənc futbolçu DÇ-2022-nin martdakı oyunlarında İspaniya və Yunanıstan yığmalarının qapısına da yol tapıb. Kazan təmsilçisi ilə 2024-cü ilədək müqaviləsi olan Kvaratsxeliyanın transfer qiyməti 10 milyon avro olaraq dəyərləndirilir.

O, Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur. Atası “Kəpəz” və “Şəmkir”in də formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion