"Nazirin komaya düşməsi ilə bağlı yayılan xəbərlər yalandır"

25 Yanvar 2021 23:20 Hadisə 651
"Nazirin komaya düşməsi ilə bağlı yayılan xəbərlər yalandır"

"Gənclər və İdman naziri Azad Rəhimov komaya düşüb".

Sportinfo.az xəbər verir ki, bu məlumatı bir neçə gün öncə unikal.org saytı yayıb.

Xəbərdə iddia olunur ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. "O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb".

Sitat: "Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir".

Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova qısa bir cavab verib: "Yalandır".

Lakin iddia və şayiələr ciddi boyuta vardığından, nazirlik təkrar, bu dəfə əsaslı təkzib yayıb: "Gənclər və idman naziri Azad Rəhimovun komaya düşməsi ilə bağlı yayılan xəbərlər yalandır. Azad Rəhimovun səhhətində heç bir ciddi problemi yoxdur.

Yayılan xəbərə tv-lər də qoşulub. Real TV Gənclər və İdman naziri Azad Rəhimovla günün son dəqiqələrində əlaqə saxlayıb. Doğrudan da ağ ciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirən nazir səhhətinin əsasən qaydasında olduğunu bildirib. “Narahatlığa heç bir əsas yoxdur!".

Digər Xəbərlər
Xəbər Lenti