Xankəndidən Şuşaya kanatla gedəcəyik - Cəmi 13 dəqiqəyə...

08:10 Gündəm 184
Xankəndidən Şuşaya kanatla gedəcəyik - Cəmi 13 dəqiqəyə...

Prezident İlham Əliyev Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxıb.

Dövlət başçısına kanat yolunun texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, Xankəndi-Şuşa kanat yolunun uzunluğu 6 min metrə yaxın olacaq. Kanat yolunun Xankəndidə hündürlüyü 844 metr, Şuşada isə 1317 metr təşkil edəcək. Kanat yolunda hərəkətin müddəti 13 dəqiqəyədək, sürəti isə saniyədə 8 metr nəzərdə tutulur.

Bu layihənin icrası ümumilikdə turizmin inkişafına təkan verməklə yanaşı, Xankəndidən Şuşaya və əks istiqamətə insanların rahat gediş-gəlişinin təmin olunmasıda mühüm rol oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti