Azərbaycanlı oyunçu Afrikaya üz tutdu, qiyməti yarım milyona qalxdı - FOTO

2 İyul 11:20 Gündəm 2 188
Azərbaycanlı oyunçu Afrikaya üz tutdu, qiyməti yarım milyona qalxdı - FOTO

“Kəpəz”lə müqaviləsi başa çatan Turan Manafov yenidən legioner həyatı yaşayacaq.

26 yaşlı müdafiəçi karyerasını Cənubi Afrika Respublikasında (CAR) davam etdirəcək.

“Neftçi”nin yetirməsi “Stellenbos” ilə müqavilə imzalayıb. Anlaşmanın müddəti 3 ildir.

Tərəflər arasında razılaşmaya əsasən, kontrakt daha 2 il uzadıla bilər.

“Stellenbos” ötən mövsüm CAR Premyer Liqasında 2-ci yeri tutub.

Bu klubla sövdələşmə Turanın qiymətini xeyli qaldırıb. İndi məşhur “transfermarkt” saytı onun dəyərini 500 min avro olaraq göstərir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi