
Premyer Liqaya qayıdan «Karvan» ikinci yerli transferini bitirib.
Daha öncə «Turan Tovuz»dan ayrılan Eltun Turabovu sıralarına qatan Yevlax təmsilçisi bu dəfə Vüsal Məsimovu rənglərinə bağlayıb.
16 ildən sonra elitaya dönən aranlılar «Şamaxı» ilə müqaviləsini qarşılıqlı razılıq əsaasında pozmuş müdafiəçi ilə birillik anlaşıb. Məsimov yeni klubunda hər ay 3000 manat civarında əməkhaqqı alacaq.
Vüsal son illərdə formasını geyindiyi komandaları tez-tez dəyişməklə yadda qalıb. «Turan Tovuz», «Kəpəz» və «Səbail»də qərar tutmayan arxa xətt oyunçusu bu ilin fevralında «Şamaxı»ya keçmişdi.
Fəqət, o, burada da özünü göstərə bilmədi: geridə qalan 4 ay ərzində cəmi 11 oyunda meydana ayaq basdı.
SPORTİNFO.AZ