“Kristal Palas”ın yetirməsi Azərbaycanda - SON DƏQİQƏ

16:00 Gündəm 1 956
“Kristal Palas”ın yetirməsi Azərbaycanda - SON DƏQİQƏ

İngiltərəli Kil Spens gələn mövsümü Azərbaycanda keçirəcək.

Adıçəkilən legioner «Karvan»la anlaşıb.

28 yaşlı vinger 16 ildən sonra Premyer Liqaya dönmüş Yevlax klubu ilə 1 illik müqavilə imzalayıb.

«Kristal Palas»ın yetirməsi yaxın günlərdə ölkəmizə təşrif buyuracaq.

Ümumiyyətlə, «Karvan» onun karyerasında 14-cu komanda olacaq. Spens buna qədər ölkəsi ilə yanaşı, Norveç, Litva, Almaniya və İspaniyada çıxış edib.

O, son olaraq Şimali İrlandiyada «Kolerayn»nın formasını geyinib.

Ötən illər ərzində «Hampton, «Kinqstonian», «East Qrinstad Taun», «Valdres», «Alta», «Oyqarden», «Hegelmann», «FSV Frankfurt», «Velez» və «Qżira Yunayted»in şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti