SON DƏQİQƏ: Avropa klubu azərbaycanlı hücumçunun transferini bu cür anons etdi - FOTOLAR

24 İyun 22:20 Gündəm 485
SON DƏQİQƏ: Avropa klubu azərbaycanlı hücumçunun transferini bu cür anons etdi - FOTOLAR

Mahir Emrelinin yeni klubunun adı rəsmən məlum olub.

Azərbaycan millisinin hücumçusunu karyerasını Almaniyada davam etdirəcək.

27 yaşlı futbolçu gözlənildiyi kimi, “Kayzerslautern”lə anlaşıb.

Bu barədə şəhərin eyniadlı klubu bir neçə dəqiqə öncə sosial şəbəkə hesabları vasitəsi ilə anons verib.

Paylaşımların birincisində “gözləmə bitdi, “10” şəhərdədir”, digərində Mahirin adını qeyd edərək tibbi müayinədən keçməsinə işarə verilib.

Emrelinin “Kayzerslautern”lə 3 illik sözləşmə imzalayacağı gözlənilir.

“Qırmızı-ağlar” tarixi ərzində 4 dəfə Almaniya çempionu olub, 2 dəfə ölkə kubokunu, 1 dəfə superkuboku qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!