“Unikal və tayı-bərabəri olmayan!” - Messiyə ad günü təbriki etdi

00:00 Gündəm 126
“Unikal və tayı-bərabəri olmayan!” - Messiyə ad günü təbriki etdi

Lionel Messi doğum gününü qeyd edir.

“Qızıl top”u 8 dəfə qazanan argentinalı futbolçunun 38 yaşı tamam olur.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə Messinin sabiq klubu “Barselona” rəsmi paylaşım edib:

“Ad günün mübarək, unikal və tayı-bərabəri olmayan!”

Messi “Barselona”nın heyətində 2021-ci ilin ortalarına qədər, uzun illər çıxış edib. O, hazırda ABŞ-ın “İnter Mayami” klubunun formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!