Yer tapıldı, müqavilə imzalandı, köç tarixi dəqiqləşdi

14 İyun 15:00 Gündəm 782
Yer tapıldı, müqavilə imzalandı, köç tarixi dəqiqləşdi

Peşəkar Futbol Liqasının (PFL) yeni mənzil-qərargahının yeri bəlli olub.

2008-ci ildə yaradılan PFL iyulun 1-də AFFA-nın binası ilə vidalaşacaq.

Ölkə çempionatını təşkil edən qurum bundan sonra Bakının mərkəzi hissəsində fəaliyyət göstərəcək.

PFL-in kirayələdiyi bina «Gənclik» metrosuna yaxın ərazidə yerləşir. Artıq həmin obyektin sahibi ilə uzunmüddətli icarə müqaviləsi imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti