Qazın qiymətini Tarif Şurası tənzimləməyəcək - Tarix açıqlandı

11 İyun 08:10 Gündəm 296
Qazın qiymətini Tarif Şurası tənzimləməyəcək - Tarix açıqlandı

Qaz sektorunda tariflərin müəyyənləşdirilməsini tənzimləyici qurum həyata keçirəcək.

Bu barədə Energetika Nazirliyinin şöbə müdiri Rahid Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı danışıb.

“Tənzimləyici tərəfindən qiymətlərin müəyyənləşdirilməsi 2028-ci ildən - “Tənzimləyici haqqında” Qanun qüvvəyə mindikdən sonra müəyyənləşəcək. Hazırda tarifi Tarif Şurası müəyyən edir”, - deyə şöbə müdiri bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!