ŞOK İDDİA! 180 kv.km Azərbaycana keçir, əvəzində isə…

11 İyun 07:50 Gündəm 529
ŞOK İDDİA! 180 kv.km Azərbaycana keçir, əvəzində isə…

Ermənistanın “Hraparak” nəşri Nikol Paşinyanın yaxın gələcəkdə Azərbaycana daha bir ərazi güzəştinə getməsi ilə bağlı yeni məlumatlar yayıb.

Məlumata görə, Ermənistan Təhlükəsizlik Şurası ilə Azərbaycan Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Hikmət Hacıyev arasında uzunmüddətli danışıqlar aparılıb.

Globalinfo.az xəbər verir ki, nəşrin iddiasına görə, görüşlərdə tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı konkret razılığa gəliblər. Məlumatda qeyd olunur ki, tərəflər sərhəd xəttinin necə keçəcəyinə dair razılıq əldə ediblər və bu məsələ artıq texniki mərhələdədir.

İddialara görə, əldə olan xəritələrdə Ermənistanın Azərbaycana təxminən 180 kvadrat kilometr ərazi verəcəyi, əvəzində isə cəmi 25 kvadrat kilometr ərazi alacağı göstərilir.

Sərhəd xətti bəzi bölgələrdə Azərbaycan ərazisinin Ermənistanın içərilərinə doğru uzanması ilə fərqlənəcək.

Mənbə bildirir ki, bu layihə hələ rəsmi olaraq təsdiqlənməyib, lakin faktiki olaraq razılaşdırılıb. Eyni zamanda xəbər portalı qarşılıqlı veriləcək torpaq sahələrinin hansı tərəfə aid olacağını əks etdirən rəngli xəritələrin də yaxın vaxtlarda dərc olunacağını açıqlayıb.

Xəbər Ermənistan ictimaiyyətində şok effekti yaradıb.

Digər Xəbərlər
Xəbər Lenti