YENİ XƏBƏR - Millimiz bu gecə uduzsa, o, sükan arxasından uzaqlaşdırılacaq?

10 İyun 19:40 Gündəm 1 225
YENİ XƏBƏR - Millimiz bu gecə uduzsa, o, sükan arxasından uzaqlaşdırılacaq?

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan ilə üz-üzə gələcək.

Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan Viktor Şimusik idarə edəcək.

Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

Bu görüş Santuş üçün sonuncu ola bilər. Komandamız yenə uduzarsa, portuqaliyalının istefaya göndərilməsi gündəmə gələcək.

Hər halda əldə etdiyimiz son məlumat bunu deməyə əsas verir. AFFA rəhbərliyi 1 ildir başında olan mütəxəssisin fəaliyyətindən kəskin narazıdır.

Millinin bu müddətdə qələbə üzünə həsrət qalması federasiya mənsublarının əsəblərini tarıma çəkib. Növbəti belə yenilgi təcili toplantıya səbəb olacaq.

Rəsmilər ən yüksək səviyyədə bir araya gələrək, Santusun gələcəyini masaya yatıracaq.

Sentyabrda DÇ-2026-nın seçmə mərhələsi başlayacağından, sabiq «Beşiktaş»lının vəzifədən uzaqlaşdırılması ehtimalı yüksəkdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!