
Azərbaycanın tanınmış futbol mütəxəssisi Məqsəd Yaqubəliyevin yubileyidir.
Bu gün onun 60 yaşı tamam olur.
O, “Fulbolçuların hazırlığında məşq mahiyyətinin fəlsəfəsi” kitabının müəllifidir.
M.Yaqubəliyev vaxtilə Premyer Liqada adından söz etdirməyi bacarmış məşqçilərdəndir. 2022-ci ildə «Ümid»i birinci dəstədən güclülər dəstəsinə çıxarıb.
Daha sonra «Göyəzən»də fəaliyyət göstərib. Bunun ardınca uzun illər «Bakı» Futbol Akademiyasında çalışıb.
«Keşlə»nin uşaq futbol məktəbində yeni nəslin yetişdirilməsində böyük rol oynayıb.
«Şamaxı» ötən mövsüm I Liqanın çempionu titulunu qazanıb. Bunda Yaqubəliyevin də əziyyəti var.
Baş məşqçi Ramiz Məmmədovun köməkçisi kimi uğurda mühüm pay sahibi olub. O, bu mövsüm «Şamaxı-2»nin sükanı arxasında dayanıb.
SPORTİNFO.AZ