COP29

Azərbaycanda həqiqi hərbi xidmətə çağırışla bağlı yeni QƏRAR VERİLDİ

15 May 19:30 Gündəm 1 265
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışla bağlı yeni QƏRAR VERİLDİ

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib:

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!