Portuqaliya milllisinin lideri Kriştianu Ronaldonun forması Azərbaycanda satışa çıxarılıb.
Hazırda Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in formasını geyinən hücumçunun geyimini almaq istəyənlər kifayət qədər böyük məbləğ ödəməlidir.
Ronaldonun fanatı onu əldə etməkdən ötrü ən azı 10 min manatından keçməlidir.
«Real»ın sabiq ulduzunun formasını satışa çıxaran kimdir? Yığmamızın sabiq müdafiəçisi Mahir Şükürov.
Millidə 75 oyun keçirmiş və 4 dəfə Ronaldo ilə meydanda üz-üzə gəlmiş eks cinah oyunçusu sosial şəbəkə vasitəsilə belə bir elan verib.
SPORTİNFO.AZ

