Azərbaycan mediası İranın KİRLİ HƏDƏFİNDƏ

3 Aprel 2023 12:50 Gündəm 498
Azərbaycan mediası İranın KİRLİ HƏDƏFİNDƏ

“İran Azərbaycana nota verib: bildirirlər ki, Azərbaycan mediasında İran təhqir edilir və bunun qarşısını almağı tələb edirlər.

Görünür, Xameneyinin gerçək üzünü göstərən müəyyən yazılar onları qıcıqlandırıb”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

15dc280e9741fd4d708eb1ffec16302a.jpg (134 KB)

Siyasi şəhçi vurğulayıb ki, Azərbaycan mediasında İrana qarşı etiraz məqalələri yayımlansa da, təhqir edilmir, onların bizə qarşı etdikləri səviyyədə yazılmır:

“İran mediasında isə hər gün Azərbaycan aşağılanır, “Bakı respublikası” kimi təqdim edilir, dövlət olmadığımız iddia olunur, hər cür uydurmalar tirajlanır. İran bizdən nəsə istəmək üçün öncə Azərbaycana qarşı iddialarından əl çəkməlidir. İranın narahatlığı adekvat reaksiyanın effektliyini də isbat edir. İndiyə qədər Bakı daha loyal və ehtiyatlı yanaşırdı, görünür, Tehran bunu qorxaqlıq kimi anlayırmış. Adekvat cavabla qarşılaşanda qıcıqlanırlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti