"Paşinyanın buna cəsarəti çatmaz"

1 Aprel 2023 20:30 Gündəm 844
"Paşinyanın buna cəsarəti çatmaz"

Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Əsasnaməsini ratifikasiya üçün ölkə parlamentinə göndərməyə cəsarəi çatmaz.

Bu fikir Ermənistan parlamentinin eks-deputatı, ictimai xadim Naira Zöhrabyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsində bu sənədin Əsas Qanuna uyğunluğu məsələsinə baxılması və Roma Statutunun Konstitusiyaya zidd olmadığı barədə qərarın çıxarılması xarici qüvvələrin iradəsinin yerinə yetirilməsi olub.

Bununla belə, Paşinyanın məsələni sona qədər görməyə cəsarəti çatmır. Zöhrabyanın fikrincə, Paşinyan bununla qondarma “DQR”i mövcudluğunu heçə endirir.

“Ermənistan Roma Əsasnaməsini ratifikasiya etməyə hazır olduğunu açıq şəkildə bildirdikdə, Rusiya tərəfi də Azərbaycan tərəfinin alternativ torpaq yolu bağlaması məsələsinə qarışmaya bilər”,-deyə Zohrabyan söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti