"Teq kəndi sərhəd oldu, biz torpaq itirməkdə davam edəcəyik"

31 Mart 2023 08:00 Gündəm 204
"Teq kəndi sərhəd oldu, biz torpaq itirməkdə davam edəcəyik"

“Təslimçilərin əli ilə Sünikdəki Teq kəndi bu gün tam hüquqlu sərhədə çevrilib”.

Bu barədə türkoloq Varujan Qeqamyan öz Facebook səhifəsində yazıb.

“Biz evlərimizi və torpaqlarımızı itiririk. Milli güc olmadığı müddətcə itirməyə davam edəcəyik”,-deyə o, qeyd edib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanın Sünik rayonunun Teq kəndi yaxınlığında bəzi yerlərdə Azərbaycan tərəfinin mühəndis işləri aparmağa başladığını etiraf edib.

Ermənistan tərəfinin iddiasına görə, Azərbaycan tərəfi 100-300 metr məsafədə sərhəddən beş nöqtədə irəlidədir.

Digər Xəbərlər
Xəbər Lenti