Azərbaycanlı futbolçular bu xəbərdən sonra… QARDAŞ JESTİ

30 Mart 2023 13:00 Gündəm 742
Azərbaycanlı futbolçular bu xəbərdən sonra… QARDAŞ JESTİ

Türkiyə Futbol Federasiyası (TFF) azərbaycanlı futbolçulara «yaşıl işıq» yandırıb.

Belə ki, TFF rəhbərliyi növbəti mövsümdən etibarən qurumun bayrağı altında keçirilən çempionatlarda ölkəmizdən olan oyunçuların legioner sayılmadan çıxış etməsinə razıdır.

Bununla bağlı federasiyada geniş iclas keçirilib. TFF-nın bir neçə üst yetgilisi azərbaycanlı futbolçuların Super Liqa, I Liqa və BAL Liqasında yerli statusu ilə forma geyinməsi ideyasını dəstəkləyib.

Gəlinən razılığa əsasən, təklif may ayında bir daha müzakirəyə çıxarılacaq. Böyük ehtimalla, TFF indiki mövqeyinin üzərində dayanacaq.

Məsələ ondadır ki, “Qalatasaray” türkdilli respublikalarla bağlı Türkiyə Futbol Füederasiyasına müraciət ünvanlayıb.

İstanbul klubu türkdilli respublikaların vətəndaşlığına malik olan futbolçuların Super Liqada legioner deyil, yerli oyunçu statusunda oynamasını istəyir.

Bir müddətdir bu istiqamətdə iş aparan “Qalatasaray” nümayəndələri federasiyaya Braziliya və Portuqaliya arasındakı münasibəti nümunə göstərib.

Portuqaliya və Braziliya arasındakı müqaviləyə görə, hər iki ölkənin vətəndaşlarına viza almadan, hər hansı icazəyə gərək duymadan işləmələrinə imkan verilir.

Bu müqavilədən yüzlərlə futbolçu da faydalanır. Braziliyalı futbolçular həm dil, həm də digər yaxınlıqlarına görə Portuqaliyada legioner sayılmırlar.

Braziliyadan ən çox futbolçu məhz Portuqaliyaya gedir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı