“Yeni qurulmuş komandayıq, oyundan-oyuna formaya düşəcəyik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”ın baş məşqçisi Ayxan Abbasov deyib.
Bilindiyi kimi, “Qarabağ” Çempionlar Liqsının pley-off mərhələsinin “Viktoriya” ilə cavab matçına yaxşı hazırlaşmaq üçün Tovuz klubuna müraciət edib.
Qarşı tərəf “köhlən atlar”ın sözünü yerə salmayaraq, Premyer Liqanın III turunda keçirilməli olan oyunun təxirə salınmasına razılıq verib.
Yaranan fasilə indi-indi “relsə düşən” komandanın çıxışına nə dərəcədə təsir edəcək? Yoxsa kollektivin xeyrinə olacaq?:
Abbasovu dinləyək:
“Çalışacağıq ki, yaranmış fasilədən maksimum istifadə edək. Bizimlə təlim-məşq toplanışında iştirak etməyən yeni futbolçularımız var.
Onların fiziki durumlarını yaxşılaşdırmağa gərək var. Fikrimcə, fasilənin mənfi təsiri olmayacaq”.

