Milli niyə BOS-dan “qaçaq düşüb”? - Direktordan VACİB AÇIQLAMA

20 Avqust 2022 15:00 Gündəm 947
Milli niyə BOS-dan “qaçaq düşüb”? - Direktordan VACİB AÇIQLAMA

“BOS milli komandamızın ev stadionudur”.

Bakı Olimpiya Kompleksinin (BOS) direktoru Cavid Qarayev Sportinfo.az-a açıqlamasında belə deyib.

Məlum olduğu kimi, Azərbaycanın əsas yığması Millətlər Liqasının oyunlarını Mərdəkanda - “Dalğa Arena”da keçirir. Halbuki ötən ilə kimi belə deyildi, komanda rəqiblərini BOS-da qəbul edirdi.

Millinin yenidən bura qayıtmaq ehtimalı varmı? Bu barədə müzakirələr gedirmi?

Cavid Qarayev bildirib ki, klubdan fərqli olaraq, yığma komandanın bir neçə ev stadionu ola bilər:

“Biz bunu digər ölkələrdə də görürük. Bəzən nəinki paytaxtda, hətta bölgə stadionlarında belə, ev oyunların keçirirlər.

Yəni milli komandalarımız istədiyi zaman rəsmi və yoldaşlıq oyunların BOS-da keçirə bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti