Tanınmış menecerə Azərbaycan klubunda yüksək vəzifə təklif olundu

19 Avqust 2022 23:00 Gündəm 1 881
Tanınmış menecerə Azərbaycan klubunda yüksək vəzifə təklif olundu

Yaxın günlərdə “Kəpəz”də yeni təyinatın gerçəkləşməsi gözlənilir.

Bu haqda Sportinfo.az-a son dəqiqə məlumatı daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, AFFA İlqar Nadirini idman direktoru postundan uzaqlaşdırmaq niyyətindədir.

Bu vəzifənin kimə təklif olunması da bizə məlumdur. Federasiya tanınmış menecer Erkin İbrahimovdan “Kəpəz”də çalışmasını istəyib.

Bu arada bir daha yada salaq ki, “Kəpəz”də qəfil yoxlamalar başlayıb.

SOCAR-dan göndərilən audit qrupu Gəncə klubunda maliyyə təftişinə başlayıb.

Neft şirkəti AFFA vasitəsilə qərb təmsilçisinə ayırdığı yardım paketinin istiqaməti üzrə xərclənib-xərclənməməsini araşdırır.

Böyük ehtimalla, “Kəpəz”dən onlara neqativ məlumatlar daxil olub. Ciddi şübhələr əmələ gəlməsəydi, yəqin ki, SOCAR və AFFA məsələyə belə həssaslıqla və operativ yanaşmazdı.

Araşdırma son 2 ilin sənədlərini əhatə edir. Heç şübhəsiz, cari mövsümün əvvəlinə aid mühasibatlıq hesabatları da incələnməyə alınıb.

3 ildən sonra Premyer Liqaya qayıdan “Kəpəz” bu yay xeyli sayda yerli və əcnəbi futbolçu transfer eləyib. Həmin oyunçulara ödənilən məbləğlər də SOCAR və AFFA-da şübhələr oyadıb.

“Kəpəz” bu kimi xoşagəlməz mənzərə ilə artıq bir dəfə tanış olub. 2017-ci ilin oktyabr-noyabr aylarında baş verən hadisələr hələ yaddaşlardan silinməyib.

Həmin vaxt üzə çıxan faktlar hər kəsi şok etmişdi. Məlum olnuşdu ki, AFFA tərəfindən kluba təhkim edilmiş şəxslər, o cümlədən, onlara yaxın digır fiqurlar külli miqdarda vəsaiti müxtəlif vasitələrlə mənimsəmişdi.

Görünür, SOCAR və federasiya bu olayın ikinci dəfə təkrarlanmasından ehtiyatlanır və tez-tələsik əl-ayağa düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti