Kəlbəcərlə sərhəddə yaşayan ermənilər: "Hamı qorxu içindədir" - VİDEO

19 Avqust 2022 02:10 Gündəm 748
Kəlbəcərlə sərhəddə yaşayan ermənilər: "Hamı qorxu içindədir" - VİDEO

Azadlıq Radiosu-nun erməni bürosu ermənilərin yaşadığı kənddən reportaj hazırlayıb.

Reportajda Kəlbəcərlə sərhəddə yerləşən kəndin erməni sakinləri öz qorxularını dilə gətiriblər.

"Görürsünüz, türk gəlib başımızın üstünü kəsdirib. Kənddə arvad-uşaq var, kənd sakinlərinin çoxu qorxusundan heç mal-qaranı tövlədən çıxartmayıb. Mən birinci Qarabağ savaşının iştirakçısıyam, övladlarım isə sonrakı savaşın", - kənd sakini deyib.

Kəndin digər sakini isə bildirib ki, yuxarıdakılar aralarındakı çəkişməni bir qırağa qoyub, xalqı düşünməlidirlər: "Körpə uşaqlarım var, hamısı qorxu içində yaşayırlar. Tələbim odur ki, bizim təhlükəsizliyimizi təmin etsinlər".

Daha ərtaflı videosüjetdə:

Digər Xəbərlər
Xəbər Lenti