
Premyer Liqanın ikinci turunda «Səbail»ə səfərdə 1:0 hesabı ilə qalib gələn «Turan Tovuz» yeni legionerlə anlaşıb.
9 ildən sonra elita səhnəsinə dönən qərb klubu bu dəfə nigeriyalı Harri ilə anlaşıb.
Afrikalı dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir və son olaraq Albaniyada forma geyinib. Yaxın günlərdə Azərbaycana gələcək legionerlə birillik müqavilə nəzərdə tutulub.
SPORTİNFO.AZ