Laçında erməni sakinlərə köçpulu paylanır- Kənddən VİDEOREPORTAJ

13 Avqust 2022 20:50 Gündəm 638
Laçında erməni sakinlərə köçpulu paylanır- Kənddən VİDEOREPORTAJ

Laçının Zabux kəndində məskunlaşan erməni ailələr bu günlərdə köçə hazırlaşırlar.

Bu barədə “Azadlıq radiosu”nun hazırladığı materialda bildirilir.

Videomaterialdan görünür ki, ermənilər artıq əşyalarını toplayıb, getməyə hazırlaşırlar.

Videoda müsahibə verən erməni deyir ki, Zabuxdan İrəvana köçüb, orada kirayə mənzildə yaşayacaq. Xatırladılır ki, kəndin Azərbaycana qaytarılmasına qoyulan vaxtın bitməsinə cəmi 2 həftə qalıb.

Qeyd olunur ki, Qarabağdakı qondarma erməni rejiminin rəhbərliyi Zabuxdan çıxanlara mənzil almaq üçün 20-30 min dollar verəcəyini vəd edib.

Digər Xəbərlər
Xəbər Lenti