"Bu ailələrdən 7-si Qarabağda qalacaq, digərləri Ermənistanın müxtəlif yerlərinə gedəcək”

11 Avqust 2022 12:50 Gündəm 805
"Bu ailələrdən 7-si Qarabağda qalacaq, digərləri Ermənistanın müxtəlif yerlərinə gedəcək”

Zabuxda erməni əhalisinin çıxarılması prosesi davam edir.

Bu barədə Zabuxun qondarma erməni icmasının "rəhbəri” Andranik Çavuşyan deyib.

Onun sözlərinə görə, hazırda məktəbin boşaldılması həyata keçirilir.

"Kənddə 54 ailə var. Bu ailələrdən yalnız 7-si Qarabağda qalacaq, digərləri Ermənistanın müxtəlif yerlərinə gedəcək”, - o deyib.

Çavuşyan özü isə Xankəndidə qalacağını deyib.

Laçındakı ermənilər işğal dövründə xüsusilə Yaxın Şərqdən bura köçürülənlərdir. A.Çavuşyan da 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib, 2016-cı ildə Zabux kəndinə köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb.

Digər Xəbərlər
Xəbər Lenti