AFFA “Qarabağ”ın adını çəkdi, ictimaiyyət “dəliyə döndü”

10 Avqust 2022 20:40 Gündəm 10 315
AFFA “Qarabağ”ın adını çəkdi, ictimaiyyət “dəliyə döndü”

AFFA “Qarabağ”ın Macarıstandakı zəfərinə biganə qalmayıb.

“Ferentsvaroş”la oyunların yekun nəticəsinə görə (1:1, 3:1) Çempionlar Liqasının pley-offuna yüksələn Azərbaycan çempionu ölkə futboluna cavabdehlik daşıyan qurumun “feysbuk” səhifəsində təbrik “eşidib”.

Lakin assosiasiyanın təbrik paylaşımı futbol ictimaiyyəti tərəfindən isti qarşılanmayıb.

Yazılan 100-lərlə rəyin əksəriyyətində AFFA rəhbərliyinin ağdamlıların uğuruna şərik çıxmaq istəyi iddia olunub.

Qısası, izləyicilər admini “Qarabağ”ı təbrik etməyə peşman edib.

Şərhlərin bir neçəsini təqdim edirik:

“Sən təbrik etmə!”

“AFFA, bu qələbədən özünə pay çıxarma. Sənin deyil bu qələbə!”

“Sen, işinə bak, kardeşim”.

“Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq AFFA”.

“AFFA sizə yox, Qurban Qurbanov və “Qarabağ” kollektivinə əhsən!”

“AFFA, get Şamaxıdakı stadionun projektorunu düzəltdir, “Qarabağ”dan uzaq durun”.

“AFFA, sənlik deyil, sevinmə”.

“Türklər demiş, harda beleş, oraya yerleş”.

“AFFA, özünü yaxın hiss etmə”.

“Millətin bu xoş günündə də bir xoş söz eşitmədin də, AFFA”.

“Bu qələbədən sizə pay düşmür!”

“Müşahidə Şurası olmayacaq, boşuna girişməyin”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti