Ermənistan çalxalanır: “Son tarix bəllidir, yaxın günlərdə...”

10 Avqust 2022 18:10 Gündəm 1 232
Ermənistan çalxalanır: “Son tarix bəllidir, yaxın günlərdə...”

“Ermənistan hakimiyyəti öhdəlik götürüb, Qarabağın qalan ərazilərini Azərbaycana təhvil verməlidir”.

Bu barədə “Ermənistan” Alyansının bəyanatında bildirilib.

Bəyanatda Laçın şəhəri və Zabux kəndinin yaxın günlərdə Azərbaycana təhvil veriləcəyinə də diqqət çəkilib:

“Avqustun 25-dək konkret müddət müəyyən olunub ki, bunun qarşısını almağa məsul olan orqanlar heç bir mövqe bildirmirlər”.

Alyans hesab edir ki, Ermənistan hakimiyyətinin bu susqunluğu avqustun 25-nin son tarix kimi razılaşdırılmasının sübutudur.

Bəyanatda prosesin Laçınla yekunlaşmayacağı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərin də (Qarabağın dağlıq hissəsi) Azərbaycana təhvil veriləcəyi deyilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu