Ukraynalı səfirdən "Qarabağ"ın zəfərinə XÜSUSİ MÜNASİBƏT - FOTO FAKT

10 Avqust 2022 11:40 Gündəm 1 747
Ukraynalı səfirdən "Qarabağ"ın zəfərinə XÜSUSİ MÜNASİBƏT -  FOTO FAKT

"Qarabağ" tarixində ikinci dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyi bacardı.

Komandamız Polşa, İsveçrə çempionlarının ardınca Macarıstan çempionu "Ferentsvaroş"u da yolundan kənarlaşdıra bildi.

Bakıda rəqibi ilə bərabərə qalan Qurban Qurbanovun yetirmələri səfərdə möhtəşəm qələbə qazanaraq (3-1) turu keçən tərəf oldu.

Tarixi zəfərlə bağlı "Köhlən atlar"ı təbrik edənlər arasında Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi də yer alıb.

O, öz sosial şəbəkə hesabından bu sözləri yazıb: "Yaşasın "Qarabağ"! Çempionlar Liqasına xoş gəldiniz. Azərbaycanlı dostlarımıza növbəti zəfərlər arzu edirik... Və sadəcə futbol arenasında deyil!".

Təbii ki, Ukraynalı səfirin təbrik yazmasında dost ölkə olmağımızdan əlavə rəqib komandanın çalışdırıcısının rusiyalı mütəxəssis Stanislav Çerçesov olması da xüsusi rol oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti