“Qisas əməliyyatı 2" - Ermənistanla müharibə qaçılmaza çevrilir?

9 Avqust 14:30 Gündəm 1 262
“Qisas əməliyyatı 2" - Ermənistanla müharibə qaçılmaza çevrilir?

Keçən həftə ordumuz Qarabağda bir neçə şəhid verdi.

Bununla belə, şəhidlərimiz canları ilə yeni hərbi uğurlarımıza vəsilə oldu.

Yeni əraziləri azad elədik və daha uğurlu mövqelərə çıxdıq, yüksəklikləri götürdük.

“Qisas” əməliyyatı təzədən köhnə iddialara qayıtmaq istəyən düşmənə, separatçı tör-töküntülərə sözün əsl mənasında qəfil və ağrılı, eyni zamanda ayıldıcı zərbə oldu.

Bakının səbri ilə oynamağın nə dərəcədə təhlükəli olduğunu nümayiş etdirdi. Özlərini yaxşı aparmasalar, Azərbaycan Prezidentin xəbərdarlıq mesajlarını yenə tərs anlasalar, heç kimin, hətta rusların belə onlara kömək edə bilməyəcəyini bütün dünyaya göstərdi.

Azərbaycanda İsrail casusları yoxdur" - Mixail Finkel Yeni Sabah

Mixail Finkel

Azərbaycan qalib və haqlı tərəfidir. Şərtləri də o diktə edəcək, kapitulyant ölkə yox. Başqa sözlə, “Qisas əməliyyatı - 1" hər an ”Qisas əməliyyat - 2"yə keçə bilər. Qalır qarşı tərəfin nəticə çıxarıb-çıxarmayacağına. İrəvan baş verənlərdən, nəhayət, ciddi dərs götürməlidir. Götürəcəkmi? Azərbaycanın son antiterror əməliyyatını şərh edən tanınmış israilli politoloq Mixail Finkel deyib ki, Ermənistanın xoşluqla sülhə gələcəyinə inanmır və daha bir müharibə qaçılmaz olacaq. Bu ehtimal nə dərəcədə ciddidir?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan aylardır Laçına alternativ yolun tikintisini aparırdı: “Bunu Qarabağ erməniləri, rusiyalı sülhməramlılar və İrəvan da görürdü. Rəsmi Bakı onu da elan etmişdi ki, yay aylarında alternativ yolun tikintisi başa çatacaq. İrəvan bunu da görür və etiraz etmirdi. Buna baxmayaraq, Nikol Paşinyan dəhlizin Ermənistan hissəsinin tikintisinə başlamırdı. Görünür, o, radikal müxalifətdən və Qarabağdakı erməni separatçılarının haray-həşirindən qorxurdu. İndi isə vəziyyəti özü üçün daha da mürəbkkəbləşdirib. Yol hazırdır, Laçını boşaldıb alternativ yoldan istifadə etməlidirlər. Ermənistana uzaqbaşı bir ay güzəşt edilə bilər, yenə məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq”.

Laçın şəhəri bizdə olacaq - bu tarixdə!!! Yeni yolla bağlı kritik gözlənti

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbətində iki məqamı xüsusi vurğuladı: “Birincisi, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsurləri torpaqlarımızdan çıxarılmalıdır. Bu, Bakının erməni ordusunun qalıqlarının çıxarılması ilə yanaşı, separatçıların qondarma ”müdafiə ordusu" adı ilə fəaliyyət göstərən terror qruplarının da tərk-silah edilməsi tələbindən çıxış etdiyi deməkdir. İkincisi, Laçın dəhlizinə alternativ yolun inşasının və tikinti işləri başa çatandan sonra sülhməramlıların bu yola dislokasiya olunacağının Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılmasıdır. Laçın dəhlizinin alternativ yola köçürülməsinə qarşı çıxan rəsmi İrəvan bunu “üçtərəfli bəyanata əsasən Ermənistan alternativ yolun tikintisinə dair heç bir plana razılıq verməyib” iddiası ilə əsaslandırır. Əliyev Mişel vasitəsilə İrəvana mesaj verir ki, məsələ Rusiya ilə razılaşdırılıb və bu məsələdə Ermənistana heç bir pay düşmür. Azərbaycan öz ərazisində hansısa addımını Ermənistanla razılaşdırmamalıdır".

Qeyd edək ki, ermənilərin Laçın rayonunun Zabux kəndini tərk etdiklərinə dair videogörüntülər sosial şəbəkələrdə yayılıb. Videodan da göründüyü kimi, ermənilər Zabuxu tərk etmək üçün əşyalarını yığmağa başlayıblar. Qondarma rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan da bu yaxınlarda Zabuxda olub. O, sakinlərə kəndi tərk etmələri barədə xəbərdarlıq edib. Onu da deyək ki, avqustun 8-də erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tufəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bildiririk ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Digər Xəbərlər
Xəbər Lenti