Azərbaycanda klublara ayrılan pula nəzarət üçün xüsusi komissiya yaradıldı

4 Avqust 2022 11:40 Gündəm 958
Azərbaycanda klublara ayrılan pula nəzarət üçün xüsusi komissiya yaradıldı

İqtisadiyyat Nazirliyində yeni audit komissiya yaradılıb.

Bu komissiya ilboyu fəaliyyət göstərəcək və idman sahəsi üzrə həyata keçirilən layihələrin icrasına nəzarət edəcək.

Xüsusi qrup rüblük yoxlama aparacaq və rəhbərliyə hesabat hazırlayacaq. Məlumat üçün bildirək ki, Premyer Liqanın 3 ildir davam edən sponsor intizarı başa çatdı.

İlyarım öncə İqtisadiyyat Nazirliyi ilə “Demirören Holdinq“ arasında bağlanmış müqaviləyə əsasən, Türkiyə şirkətinin sərəncamına verilən Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi 2022/2023-cü illər mövsümünün baş sponsoru oldu.

Əldə olunan razılaşmaya görə, Premyer Liqa “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək. 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.

Yeni sponsorun gəlişi ilə klubların pul dərdi başa çatıb. Bununla bağlı onlara rəsmi məktub daxil olub.

Premyer Liqanın hər bir iştirakçısına 3 milyon manat ayrılıb. Bu məbləğ onlara hissə-hissə ödəniləcək.

Məktubda göstərilib ki, yardım paketinin 2 milyonu sırf əsas komandanın cari xərclərinin qarşılanması üçün nəzərdə tutulub.

Yerdə qalan 1 milyon isə əvəzedici heyət, akademiya və infrastrukturun saxlanılmasına sərf olunmalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti