"Qisas" əməliyyatı - Ermənistandan itkilərlə bağlı yeni açıqlama

4 Avqust 2022 10:30 Gündəm 1 332
"Qisas" əməliyyatı - Ermənistandan itkilərlə bağlı yeni açıqlama

Azərbaycan Ordusunun ötən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin sayı 19-a çatıb.

Bu barədə separatçı rejimin “səhiyyə naziri” Mikael Ayryan erməni mətbuatına açıqlamasında bildirib.

“4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”, - deyə o bildirib.

Bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti