Azərbaycan klubu bu gün 873 min manat qazanmaq istəyir

3 Avqust 2022 20:00 Gündəm 1 200
Azərbaycan klubu bu gün 873 min manat qazanmaq istəyir

“Qarabağ” – “Ferentsvaroş”la görüşlərə ciddi hazırlaşır və mərhələni adlamaqda israrlıdır.

Çünki başda klub rəhbərliyi olmaqla məşqçi və futbolçu heyəti mərhələ adlamağın nəticə ilə yanaşı maliyyə baxımından nə dərəcədə sərfəli olduğunu yaxşı bilir.

Ağdamlılar “Lex”i adlamaqla büdcəsinə 300 min avro (534 min manat) əlavə etmişdisə, “Sürix”i keçməyin mükafatı 400 min avro (699 min manat) olmuşdu.

“Köhlən atlar” eyni aqibəti “Ferentsvaroş” da yaşada bilsə, bu, əlavə qazanc olacaq. Çempionlar Liqasının pley-offuna yüksələn hər kluba 500 min avro (873 min manat) pul verir.

Ən yüksək məbləğ isə qrupa vəsiqə qazanmaqdır. Bu uğurun dəyəri 15 milyon 640 min avro, yəni 27 milyon 315 min manatdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti