“Neftçi”dən “Rapid”ə böyük qonaqpərvərlik – 150 nəfərlik “ordu”, 12 jurnalist

3 Avqust 2022 19:40 Gündəm 908
“Neftçi”dən “Rapid”ə böyük qonaqpərvərlik – 150 nəfərlik “ordu”, 12 jurnalist

“Aris”ə Bakıda 3 cavabsız qol vuraraq sensasiyalı şəkildə Konfrans Liqasının üçüncü mərhələsinə yüksələn “Neftçi” “Rapid”lə oyunun hazırlıqlarını davam etdirir.

Avstriya təmsilçisi isə bu gün Bakıya gəlib.

32 çempionluqla Avstriyanın ən titullu klubu olan “ağ-yaşıllar” günorta saatlarında paytaxtımıza təşrif buyurub.

Ferdinand Feydhoferin yetirmələri Bakının dəbdəbəli otellərindən birində - “Absheron Marriott”da məskunlaşıb.

Avstriyadan Azərbaycana təkcə klubun nümayəndə heyəti ilə məşqçi və futbolçular gəlməyib. Xeyli sayda azarkeş oinları müşayət edir.

“Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Sportinfo.az-a verdiyi məlumata görə, qonaqlar üçün ayrılmış sektorda təxminən 150 avstriyalı fanat yer alacaq.

Oyunu işıqlandırmaq üçün qeydiyyatdan keçmiş avstriyalı həmkarlarımızın sayı isə 12-dir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti