“Qarabağ”ın sabah “Ferenetsvaroş”la qarşılaşacağından xəbərdaram, maraqlı oyun olacaq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında SSRİ və Rusiya yığmalarının sabiq hücumçusu Andrey Kançelskis deyib.
Vaxtilə İngiltərədə “Mançester Yunayted”, “Everton”, “Mançester Siti”, “Reyncers” kimi komandaların formasını geyinmiş keçmiş forvard sabah Bakıda “Qarabağ” və “Ferenetsvaroş” arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu haqda danışıb.
Son olaraq Özbəkistanda “Novbahor”u çalışdırmış tanınmış sima bunları söyləyib:
“Ferenetsvaroş” Stanislan Çerçesovun baş məşqçisi olduğu komandadır. Nəvaxtsa “Ferenetsvaroş”u bizim Sergey Rebrov çalışdırırdı.
Vaxtilə Kiyev “Dinamo”sunda çıxış edəndə “Ferenetsvaroş”a qarşı oynadığımı xatırlayıram. Maraqlı təkcə oyunun özü olmayacaq.
Qurban Qurbanovla Çerçesovun taktika mübarizəsi də gərginlik vəd edir. Onlar öz işlərini görüb kənarda dayanacaqlar.
Təhlil, tapşırıq, oyuna müdaxilə - bunlar məşqçilərin işidir. Meydanda mübarizə aparan, səhvə yola verən və ya verməyən, qol vuran, top buraxan isə futbolçulardır.
“Qarabağ”son illər Azərbaycan futbolunda dominantlıq edir, Avropadakı rəqiblərə meydan oxuyur,
Qurban Qurbanov kimi işini bilən məşqçiləri var. Onunla bir neçə dəfə danışmışam, futbola baxışı xoşuma gəlib”.

