Səhər yeməyini yedilər, "Qarabağ" üçün Bakıya yola düşdülər - FOTOLAR

2 Avqust 2022 12:40 Gündəm 838
Səhər yeməyini yedilər,  "Qarabağ" üçün Bakıya yola düşdülər - FOTOLAR

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş" Bakıya yola düşüb.

Sportinfo.az xəbər verir ki, Budapeşt komandası bugünkü səhər yeməyindən sonra Bakıya səfərə çıxıb.

Komanda saat 20:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycandakı ilk məşqinə çıxacaq.

Saat 19:15-də isə "Ferentsvaroş"un rusiyalı baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı keçiriləcək.

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" – "Ferentsvaroş" qarşılaşması saat 20:00-da başlayacaq. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti