Yeni sponsor gəldi, Premyer Liqanın 10 klubuna 30 milyon manat ayrıldı - SON DƏQİQƏ

2 Avqust 2022 11:40 Gündəm 1 860
Yeni sponsor gəldi, Premyer Liqanın 10 klubuna 30 milyon manat ayrıldı - SON DƏQİQƏ

Premyer Liqanın 3 ildir davam edən sponsor intizarı dünən başa çatdı.

Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendi 2022/2023-cü illər mövsümünün baş sponsoru oldu.

Əldə olunan razılaşmaya görə, Premyer Liqa “Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək.

10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.

Yeni sponsorun gəlişi ilə klubların pul dərdi başa çatıb. Bununla bağlı onlara rəsmi məktub daxil olub.

Premyer Liqanın hər bir iştirakçısına 3 milyon manat ayrılıb. Bu məbləğ onlara hissə-hissə ödəniləcək.

Məktubda göstərilib ki, yardım paketinin 2 milyonu sırf əsas komandanın cari xərclərinin qarşılanması üçün nəzərdə tutulub.

Yerdə qalan 1 milyon isə əvəzedici heyət, akademiya və infrastrukturun saxlanılmasına sərf olunmalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti