Ermənistan Laçından yan keçən yolla bağlı işə başladı

29 İyul 2022 15:50 Gündəm 963
Ermənistan Laçından yan keçən yolla bağlı işə başladı

Bir ay əvvəl Ermənistanın Azərbaycanın Laçın rayonu ilə həmsərhəd olan Kornidzor kəndində çəkiliş və ölçmə işləri ilə məşğul olan layihələndirmə mütəxəssisləri görünüb.

Onlar Qarabağdan Ermənistana gedən yeni yol hissəsinin layihəsini hazırlayırlar.

Məlum olduğu kimi, yeni yol Laçın dəhlizini əvəz edəcək. O, Ermənistanın Zəngəzur vilayətinin Tex və Kornidzor kəndlərindən, Azərbaycanın Laçın rayonunun kəndlərindən keçəcək.

Türkiyə və Azərbaycan inşaatçıları artıq Azərbaycan ərazisindəki işləri yekunlaşdırır, Ermənistan tərəfi isə hələ yeni layihə işlərinə başlayır.

Bəzi məlumatlara görə, Azərbaycan tərəfi 4 km-lik hissədə asfalt çəkib. Bir müddət əvvəl Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyinin rəhbəri Saleh

Məmmədov bildirib ki, yol iyulda hazır olacaq. Amma, göründüyü qədər, yol bir qədər gec hazır olacaq. Yolun Ermənistan hissəsinin hələ layihəsinin belə hazırlanmadığını nəzərə alaraq, yekun marşrutun necə olacağı hələlik məlum deyil.

Laçın şəhəri və Laçından Şuşaya gedən hazırki yol Azərbaycanın nəzarəti altına keçəcək, rusiyalı sülhməramlılar isə yeni yola keçəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti