
“Rəhbər olsam, Premyer Liqaya yeni yüksələn komandamı Azər Bağırov kimi mütəxəssislərə həvalə edərdim.
Həqiqətən o, Premyer Liqada xilaskar rolunu oynayan çalışdırıcılardandır.
Yoxsa “İmişli” kimi gedib Portuqaliyadan adını bilmədəyimiz birini gətirib baş məşqçi təyin edirlər.
Klub prezidentləri nə vaxta kimi naşı idarəçiliklə azarkeşləri üzəcəklər?”.
Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişinin aparıcısı Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist I Liqadan Premyer Liqaya yüksələn komandaların strategiyasının çox vaxt uğursuz olduğunu, burada naşılıq faktorlarının çoxluğundan bəhs edib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN