"Qarabağ" bu gün yeni mövsümün qapısını açacaq

10:40 Gündəm 579
"Qarabağ" bu gün yeni mövsümün qapısını açacaq

Azərbaycanı avrokuboklarda təmsil edəcək "Qarabağ" və "Zirə" bu gün yoxlama oyununda üz-üzə gələcək.

qarşılaşma "Azərsun Arena"da təşkil olunacaq.

Matç saat 18:00-da start götürəcək.

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

"Zirə" isə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da keçiriləcək.

Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti