Bakı metrosu 02:00-dək işləyəcək - Bu yarışmaya görə

04:00 Gündəm 687
Bakı metrosu 02:00-dək işləyəcək - Bu yarışmaya görə

Bu gün Bakı Kristal Zalında keçiriləcək “UFC Fight Night” turniri ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək.

Sportinfo.az xəbər verir ki, iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda iş saatları 2 saat uzadılacaq.

Tədbir iştirakçılarının mənzil başına rahat çatması üçün bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq.

Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerləşən “Sahil” və “İçərişəhər” stansiyalarında ehtiyat tədbirləri görüləcək.

Gecənin əsas döyüşündə keçmiş dünya çempionu Camal Hill istedadlı Xəlil Rauntri ilə qarşılaşacaq. Azərbaycanı yarışda Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti