“Qarabağ” və “Neftçi”də transfer çalışmaları - Hər şey bu VİDEOda!

11:40 Gündəm 1 716
“Qarabağ” və “Neftçi”də transfer çalışmaları - Hər şey bu VİDEOda!

“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Futbol manşet” verilişinin növbəti buraxılışı efirə gedib.

Tanınmış jurnalistlər Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı FİFA agenti, “QOLAT Sport Services & Football Agency”nin direktoru Səid Bağırov olub.

Verilişdə “Sabah”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Sele” barədə məlumat verilib, komandamızın şansları masaya yatırılıb. Masazır təmsilçisində baş məşçqi müəmmasının tezliklə bitməsinin vacibliyi vurğulanıb.

Həmçinin Azərbaycan futbolunda baş verən son hadisələrə toxunulub, aktual müzakirələrdə maraqlı fikirlər səsləndirilib.

Klublarımızın transfer siyasəti barədə Səid Bağırov maraqlı şərhlərlə diqqət çəkib. “Qarabağ” və “Neftçi”də transfer hərəkatından bəhs edilib.

Veriliş zamanı Ağdam təmsilçisində yeni transferin tezliklə açıqlanacağı anonsu verilib, çox keçməmiş klub tərəfindən elan edilən Dani Boltla bağlı maraqlı fikirlər səsləndirilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti