
AFFA millidə çalışan məşqçilərə qoyduğu qadağanı götürüb.
Saytımıza bununla bağlı yeni məlumat daxil olub.
Redaksiyamıza bildirilib ki, aşağı yaş qrupları üzrə yığmalarda fəaliyyət göstərən mütəxəssislər bundan sonra eyni vaxtda iki yerdə işləyə biləcək.
Yeniliyin səbəbkarı Ayxan Abbasovdur. AFFA martda 2 illik müqavilə imzaladığı və U-21-ə təyin etdiyi baş məşqçiyə görə digərlərinə də güzəştə gedib.
Çünki o, gənclər millisinin sükanı arxasına keçməklə yanaşı, «Şamaxı»dakı işini də davam etdirəcək.
Federasiya rəhbərliyi razılaşıb ki, əgər ona icazə verib, həmkarlarına «yox» söyləsələr, bu, birmənalı qarşılanmayacaq və narazılıq doğuracaq.
Odur ki, yeni qərar hamıya şamil olunub - kimə klublardan təklif gələrsə, seçim qarşısında qalmayacaq.
SPORTİNFO.AZ