COP29

"Üç çempion bizi kifayət qədər irəli apardı"

24 May 08:40 Güləş 641
"Üç çempion bizi kifayət qədər irəli apardı"

"Hazırkı güləşçilərdən bir neçəsi 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilər".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olan Azərbaycanln yunan-Roma güləşi millisinin məşqçisi Həsən Əliyev deyib.

O, nəticənin gözlənilən olduğunu bildirib:

"Çünki komandamız güclü idi. Heyətdə gənclər də var idi.

Uşaqların vəziyətinə baxanda hansı nəticəni qazanacağını təxmin etmək mümkündür. Komanda ilk dəfə dünya çempionu oldu.

İndiyə kimi fərdi şəkildə bir neçə çempionumuz olmuşdu. Amma komanda şəklində bunu bacarmamışdıq.

Ötən il Avropada ikinci, bu dəfə isə birinci olduq. Üç çempion bizi kifayət qədər irəli apardı. Məsuliyyətimiz ildən-ilə artır”.

U-23 millimiz tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub.

3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığma 163 xal toplayaraq ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"