Jalə Əliyeva dünya çempionu oldu - 10:8 hesabı ilə

26 Oktyabr 2024 00:00 Güləş 481
Jalə Əliyeva dünya çempionu oldu - 10:8 hesabı ilə

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, mundialın dördüncü günündə qadın güləşi üzrə millinin son 2 üzvü xalçaya çıxıb.

Jalə Əliyeva (57 kiloqram) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Həmyerlimiz növbəti mərhələdə isə türkiyəli Sevim Akbaşa heç bir şans verməyib – 10:0. Ə

liyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib. Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb.

Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.

Ruzanna Məmmədova (62 kiloqram) debütdə qırğızıstanlı Kalmira Bilimbekqızından (4:1) güclü olsa da, 1/4 finalda estoniyalı Viktoriya Vessoya 1:7 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?